Qaradağ və Binəqədi rayonlarının bir hissəsində qaz olmayacaq
Nərmin Qocamanlı
Bu gün Bakının Qaradağ və Binəqədi rayonlarının bəzi ərazilərinin təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən "Operativ Media"ya verilən məlumata görə, “Lökbatan” qazpaylayıcı stansiyasında və Binəqədi rayonundakı Ayna Sultanova ölçü qovşağında təmir-bərpa işləri aparılacaq. İşlər yekunlaşana qədər Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park yaşayış kompleksində və bir sıra qeyri-yaşayış sahələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bununla bərabər Binəqədi rayonunun Atatürk, Ziya Bünyatov prospekti və Səttar Bəhlulzadə, Naxçıvani küçələrinin də qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Teqlər:
"Qarada\u011f v\u0259 Bin\u0259q\u0259di rayonlar\u0131n\u0131n bir hiss\u0259sind\u0259 qaz olmayacaq"