Dələduzluğa görə axtarışda olan 21 nəfər saxlanılıb
Nərmin Qocamanlı
Polis əməkdaşlarının iyulun 30-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 21 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bundan başqa, iyulun 30-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Teqlər:
"D\u0259l\u0259duzlu\u011fa g\u00f6r\u0259 axtar\u0131\u015fda olan 21 n\u0259f\u0259r saxlan\u0131l\u0131b"