Menyu

Bu ərazilərdə qaz olmayacaq

Əsəd Abbaslı
Bu ərazilərdə qaz olmayacaq

Sabah Qaradağ və Binəqədi rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, "Lökbatan" QPS-də və Binəqədi rayonundakı Ayna Sultanova ölçü qovşağında 31 iyul 2024-cü il tarixində saat 10:00-dan etibarən təmir-bərpa işləri aparılacaq.

İşlər yekunlaşanadək Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park yaşayış kompleksində və bir sıra qeyri-yaşayış sahələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bununla bərabər Binəqədi rayonunun Atatürk, Ziya Bünyatov prospekti və Səttar Bəhlulzadə, Naxçıvani küçələrinin də qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Teqlər:

"Bu \u0259razil\u0259rd\u0259 qaz olmayacaq"

Əlaqəli Xəbərlər