Baş prokuror Nərimanov rayonunda vətəndaşları qəbul edib
Nərmin Qocamanlı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.
Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, iyulun 30-da Baş prokuror Kamran Əliyev Nərimanov rayon prokurorluğunun inzibati binasında Bakı şəhərinin Nərimanov rayon və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Qəbulda iştirak edən 63 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Teqlər:
"Ba\u015f prokuror N\u0259rimanov rayonunda v\u0259t\u0259nda\u015flar\u0131 q\u0259bul edib"