Menyu

Ziyarətgahdan qayıdarkən itkin düşən Kürdəmir sakinləri tapılıb

Nərmin Qocamanlı
Ziyarətgahdan qayıdarkən itkin düşən Kürdəmir sakinləri tapılıb

Şahdağ Milli Parkı ilə həmsərhəd olan "Babadağ" ziyarətgahından qayıdarkən yolu azan Kürdəmir rayonu Şilyan kənd sakini Cəsarət Məmmədov və  Karrar kənd sakini Mirələm Mehdiyev tapılaraq ailələrinə təhvil verilib.

"Operativ Media" xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

O qeyd edib ki, 28 iyul 2024-cü il tarixində milli parkla həmsərhəd olan ziyarətgahdan qayıdan iki vətəndaşın yağışlı və dumanlı hava şəraitində yolu itirərək azması ilə bağlı Şahdağ Milli Parkına məlumat daxil olan kimi dərhal operativ qruplar yaradılaraq bir neçə istiqamətdə axtarış işlərinə başlanılıb.

“Şahdağ Milli Parkının əməkdaşlarının səyi sayəsində 29 iyul tarixində  səhər saat 8 radələrində itkin düşən vətəndaşlar Quba rayonunun Qarxun kəndi yaxınlığındakı yaylaq ərazisindən tapılaraq sağ-salamat ailələrinə təhvil verilib”.

Teqlər:

"Ziyar\u0259tgahdan qay\u0131dark\u0259n itkin d\u00fc\u015f\u0259n K\u00fcrd\u0259mir sakinl\u0259ri tap\u0131l\u0131b"

Əlaqəli Xəbərlər