Menyu

Ötən gün axtarışda olduğuna görə 61 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Ötən gün axtarışda olduğuna görə 61 nəfər saxlanılıb

İyulun 29-da ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 74 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.  

DİN-in Mətbuat Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 61, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

Teqlər:

"\u00d6t\u0259n g\u00fcn axtar\u0131\u015fda oldu\u011funa g\u00f6r\u0259 61 n\u0259f\u0259r saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər