DSX: Yayılmış videogörüntüdə əməkdaş stres vəziyyətində olub
Əsəd Abbaslı
Sosial şəbəkələrdə DSX əməkdaşının vətəndaşa qarşı təhqiramiz hərəkəti ilə əlaqədar yayılmış videogörüntü ilə bağlı Dövlət Sərhəd Xidmətində araşdırma aparılmışdır.
"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.
Hərbi qulluqçu şəxsi avtomobilində xidmət yerinə hərəkət edərkən 3 nəfər mülki şəxsin təhqiramiz ifadələrinə stres vəziyyətində cavab vermişdir.
Hadisə yerində polis əməkdaşının olması barədə məlumatlar həqiqəti əks etdirmir.