Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yanğın baş verib.
Bu barədə"Operativ Media"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə sözügedən ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub:
"Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunublar.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli aşayış binasının birinci mərtəbəsinin artırmasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb".