Menyu

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi zərərini 65 % artırıb

Əsəd Abbaslı
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi zərərini 65 % artırıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 2023-cü ili 7,652 milyon manat zərərlə başa vurub.

"Operativ Media" agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 65,4 % çoxdur.

Bununla da, qurumun yığılmış zərəri 45,9 % artaraq 24,309 milyon manat olub.

Bu il yanvarın 1-nə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin aktivləri 60,58 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 16,3 % çoxdur. Hesabat dövründə agentliyin öhdəlikləri 30,3 % artaraq 42,286 milyon manata çatıb, balans kapitalı isə 6,9 % azalaraq 18,294 milyon manata düşüb.

Xatırladaq ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli fərmanına əsasən yaradılıb. Onun nizamnamə kapitalı 6,778 milyon manatdır. Agentlik ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkil edilməsi, yerli innovasiya mühitinin formalaşdırılması, ekosistemin gücləndirilməsinə xidmət edən publik hüquqi şəxsdir.

Teqlər:

"\u0130nnovasiya v\u0259 R\u0259q\u0259msal \u0130nki\u015faf Agentliyi z\u0259r\u0259rini 65 % art\u0131r\u0131b"

Əlaqəli Xəbərlər