Menyu

Vahid Əhmədov deputatlığa namizədlikdən geri çəkildi

Əsəd Abbaslı
Vahid Əhmədov deputatlığa namizədlikdən geri çəkildi

VI çağırış Milli Məclisin üzvü Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb.

"Operativ Media" xəbər verir ki, məlumatı "Report"a V.Əhmədov təsdiqləyib.

O bildirib ki, 59 saylı Quba seçki dairəsinə müraciət edərək könüllü şəkildə namizədliyini geri götürüb:

"Kifayət qədər yaşım var. Ailəm və yaxınlarım mənə istirahət etməyi tövsiyə ediblər. Mən hər zaman dövlətimin, millətimin və xalqımın yanındayam. Bundan sonra da dövlətim və xalqım üçün əlimdən gələni etməyə hazıram".

Qeyd edək ki, V. Əhmədov III, IV, V və VI çağırış Milli Məclisin deputatı olub.

Xatırladaq ki, Prezident İlham Əliyev sərəncam verərək 2024-cü il sentyabrın 1-ə növbədənkənar parlament seçkiləri təyin edib.

Teqlər:

"Vahid \u018fhm\u0259dov deputatl\u0131\u011fa namiz\u0259dlikd\u0259n geri \u00e7\u0259kildi"

Əlaqəli Xəbərlər