Prokurorluq: "Ucarda arvadını öldürən kişi könüllü olaraq polisə təslim olub"
Ucarda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Ucar rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, iyulun 28-də saat 15 radələrində Ucar rayonu ərazisində 1993-cü il təvəllüdlü Rəvanə İsmayılovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1979-cu il təvəllüdlü Kamil Qarayevin arvadı Rəvanə İsmayılovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Kamil Qarayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Teqlər:
"Prokurorluq: \"Ucarda arvad\u0131n\u0131 \u00f6ld\u00fcr\u0259n ki\u015fi k\u00f6n\u00fcll\u00fc olaraq polis\u0259 t\u0259slim olub\""