Menyu

İntensiv yağışdan sonra Lənkərançay daşdı - FOTO

İntensiv yağışdan sonra Lənkərançay daşdı - FOTO

Lənkəran şəhərinin mərkəzi küçələri yağış suları ilə dolub.

"Operativ Media" APA-ya istinadən xəbər verir ki, səhər saatlarında Lənkəranda yağan intensiv yağışdan sonra kanallar daşaraq həyətyanı sahələrə dolub.

Şəhərin əsas mərkəzi küçələri, eləcə də 2 və 3 saylı məktəblərinə gedən yollar, bazar küçələri sel suları ilə dolub.

Rayonun Sütəmurdov kəndi ərazisindən keçən Lənkərançay daşıb.

Hazırda Lənkəranda yağış dayanıb. Rayonda buludlu hava şəraiti müşahidə olunur.

Teqlər:

"\u0130ntensiv ya\u011f\u0131\u015fdan sonra L\u0259nk\u0259ran\u00e7ay da\u015fd\u0131 - FOTO"

Fotogalereya

Əlaqəli Xəbərlər