Paris-2024: Azərbaycanın daha bir cüdoçusu mübarizəni dayandırdı
Əziz Əzizli
Paris-2024 Yay Olimpiya Oyunlarının 2-ci günündə Azərbaycan milli komandasının daha bir cüdoçusu mübarizəni dayandırıb.
"Operativ Media" xəbər verir ki, 66 kq. çəki dərəcəsində yarışan Yaşar Nəcəfov tatamiyə çıxıb. 1/16 finalda onun rəqibi Serbiya cüdoçusu, Avropa çempionatının bürünc mükafatçısı Strahinya Bunçiç olub. Bunçiç vaza-ari xalı ilə qalib gəlib (1:0).
Beləliklə, Y.Nəcəfov elə ilk görüşdən sonra Paris-2024-də mübarizəni başa vurub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma