Menyu

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Ölkə ərazisində müşahidə olunan hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir, bəzi bölgələrdə leysan xarakterli güclü yağış yağır.

Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirir ki, hazırda Gəncə-Qazax və Balakən-Şəki zonasında, eyni zamanda Şahdağ, Daşkəsən, Gədəbəy, Quba, Xaçmaz, Qrız, Qusar, Yardımlıda şimşək çaxır, leysan xarakterli yağış davam edir.

Onun sözlərinə görə ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti iyulun 29-u axşamadək davam edəcək.

Teqlər:

"Qeyri-sabit hava n\u0259 vaxtad\u0259k davam ed\u0259c\u0259k?"

Əlaqəli Xəbərlər