Ucarda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayonun Qarabörk kənd sakini Mürvət Qarayev saxlanılıb.
"Operativ Media" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun yaşadığı kəndin ərazisində yerləşən meşəlik əraziyə keçirilən baxış zamanı aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 43 ədəd çətənə kolu, evindən isə marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.