Menyu

AZAL iki milyonuncu sərnişinini mükafatlandırılıb

Nərmin Qocamanlı
AZAL iki milyonuncu sərnişinini mükafatlandırılıb

Azərbaycanın milli aviadaşıyıcısı AZAL iki milyonuncu sərnişinini mükafatlandırıb. İyulun 25-nə olan məlumata görə, aviaşirkət 2024-cü ilin əvvəlindən iki milyon sərnişinə xidmət göstərib.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, mükafatlandırılan sərnişin Bakı-London reysinə aviabilet əldə edən Nəzrin Orucova olub.

Aviaşirkətin nümayəndələri Heydər Əliyev Beynəlxalq Aeroportunda Nəzrin xanımı təbrik edərək Bakıdan “Azərbaycan Hava Yolları” aviaşirkətinin istənilən müntəzəm istiqaməti üzrə ödənişsiz gediş-dönüş aviabileti təqdim ediblər.

Qeyd edək ki, 2024-cü ilin birinci yarısında keçən ilin eyni dövrü ilə müqayisədə AZAL-ın sərnişinlərinin sayında beynəlxalq istiqamətlərdə 60%, ölkədaxili istiqamətlərdə isə 10% artım müşahidə olunub.

Teqlər:

"AZAL iki milyonuncu s\u0259rni\u015finini m\u00fckafatland\u0131r\u0131l\u0131b"

Əlaqəli Xəbərlər