Menyu

"Sabah" Marqarita ilə yollarını ayırdı

Əziz Əzizli
"Sabah" Marqarita ilə yollarını ayırdı

"Sabah” daha bir futbolçu ilə yollarını ayırıb.

"Operativ Media" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu Jarl Marqarita paytaxt təmsilçisini tərk edib. Bakılılar 24 yaşlı niderlandlı ön xətt oyunçusu ilə müqaviləyə xitam verildiyini bəyan edib.

Bu, yay fasiləsində “Sabah”da 6-cı əcnəbi ayrılığıdır. Marqaritaya qədər Davit Volkov, Kristian Sebalyos, Kristian da Silva, Maruan Hadudi və Emmanuel Apeh kimi legionerlər də “Sabah”dan ayrılmışdılar

Teqlər:

"\"Sabah\" Marqarita il\u0259 yollar\u0131n\u0131 ay\u0131rd\u0131"

Əlaqəli Xəbərlər