AFFA Hakimlər Komitəsinin yeni sədri bəlli oldu
Əziz Əzizli
AFFA Hakimlər Komitəsinin yeni sədri müəyyənləşib.
"Operativ Media" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, belçikalı mütəxəssis Frank de Bleker bu posta təyin olunub.
AFFA İcraiyyə Komitəsinin 2024-cü il iyulun 12-də keçirilən son iclasında Hakimlər Komitəsinin sədri məsələsi müzakirə olunmuş, namizədlərdən belçikalı Frank de Blekerin zəngin beynəlxalq təcrübəsi və peşəkar fəaliyyəti nəzərə alınaraq, müsbət rəy verilmişdi.
Müqaviləyə dair bəzi şərtlərin müzakirəsinə ehtiyac yaranmışdı. Həmin məsələlərlə bağlı razılıq əldə olunduğundan, belçikalı FIFA referisi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Frank de Bleker iyulun 28-dən Misli Premyer Liqası və I Liqa hakimlərinin təlim-məşq toplanışına rəhbərlik edəcək
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net