İyul ayının 25-də saat 21 radələrində Bərdə rayonunda Cəyirli kənd sakini E.Həşimovun kəsici-deşici alətlə xəsarət alması barədə polisə məlumat daxil olub. Polis əməkdașlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu Zaur Lalayev saxlanılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.
Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.