Ötən gün 26 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Nərmin Qocamanlı
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 25-də ümumi çəkisi 25,7 kiloqrama yaxın narkotik vasitə, həmçiknin 15 ədəd metadon həbi və 52 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu aşkar olunaraq götürülüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.