Menyu

"Sabah"ın baş məşqçisi: "Yenə də "Makkabi"ni favorit sayıram"

Əziz Əzizli
"Sabah"ın baş məşqçisi: "Yenə də "Makkabi"ni favorit sayıram"

"Öncə futbolçularımı təbrik edirəm. Bu gün onlar yaxşı oynadılar”.

"Operativ Media" xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda səfərdə Hayfa “Makkabi”sinə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Böyükhesablı qələbəyə baxmayaraq, o, hələ cütün taleyinin həll olunmadığını bildirib: “Təbii ki, biz ağır oyun olacağını gözləyirdik. Belə də oldu. “Makkabi” əla komandadır. Hələ heç nə həll olunmayıb”.

Xorvat mütəxəssis hələ də İsrail təmsilçisini favorit sayır: “Biz sadəcə ilk oyunu keçirmişik. Qarşıda isə cavab görüşü var. Konsentrasiyanı qorumaq lazımdır. Növbəti mərhələyə keçməliyik. Yenə də “Makkabi”ni favorit sayıram”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər