Sabah bu ərazilərdə qaz olmayacaq
Əsəd Abbaslı
Sabah Xırdalan şəhərinin və Masazır qəsəbəsinin bəzi hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Masazır yüksək təzyiqli” QPS-də təmir işləri görüləcək. Bu səbəbdən 26.07.2024-cü il saat 10:00-dan “Masazır” QPS-dən qidalanan “Masazır Qəsəbəsi (Masazır QPS)”, “Duz Zavodu (Masazır QPS)” və “Azpetrol LTD” MMC-yə məxsus ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir müddətində Abşeron rayonunun Masazır qəsəbəsi, yeni yaşayış massivi və Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net