8 Noyabr prospektinin bir hissəsində təmir işləri aparılacaq
Nərmin Qocamanlı
Sabah saat 00:00-dan iyulun 30-u saat 00:00-a qədər Bakının 8 Noyabr prospektində (Sadıqcan küçəsindən Zığ dairəsinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
"Operativ Media" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.
Teqlər:
"8 Noyabr prospektinin bir hiss\u0259sind\u0259 t\u0259mir i\u015fl\u0259ri apar\u0131lacaq"