“Sumqayıt” – “Fehervar” matçına 8000 bilet satılıb
Əziz Əzizli
Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Sumqayıt” – “Fehervar” (Macarıstan) matçına 8000 bilet satılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Sumqayıt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Oyunu canlı izləmək istəyən azarkeşlər biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, iyulun 22-dən (stadiondakı texniki problemlərə görə bu tarix iyulun 20-dən 22-nə keçirilib) isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun kassasından əldə edə bilərlər. Qiymətlər sektorlardan asılı olaraq 5, 10 və 25 manatdır.
Qeyd edək ki, qarşılaşmanın start fiti saat 20:00-da səsləndiriləcək
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net