Daha bir müəssisəyə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib
Nərmin Qocamanlı
“Falck” MMC-yə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib.
İqtisadi Zonaların İnkişafı Agentliyindən "Operativ Media"ya bildirilib ki, bununla da sənaye parkının rezidentlərinin sayı 7-yə çatıb. Müəssisədə qan depolama və test qablarının istehsalı həyata keçiriləcək.
İnvestisiya həcmi 4 milyon manat olan müəssisədə 40 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
Müəssisədə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da planlaşdırılır.
Teqlər:
"Daha bir m\u00fc\u0259ssis\u0259y\u0259 Pirallah\u0131 S\u0259naye Park\u0131n\u0131n rezidenti statusu verilib"