KL: Azərbaycan klubları mübarizəyə başlayır
Əziz Əzizli
Bu gün Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.
"Operativ Media" xəbər verir ki, Azərbaycan təmsilçiləri – “Sabah”, “Sumqayıt” və “Zirə” də rəqibləri ilə üz-üzə gələcək.
Günün ilk matçında “Sumqayıt” azarkeşləri önündə “Fehervar”la qarşılaşacaq. Görüşə saat 20:00-da start veriləcək.
Avropa Liqasının I təsnifat mərhələsində “Şerif”ə uduzan “Zirə” Konfrans Liqasında “DAC 1904″ü qəbul edəcək. Bu oyun saat 20:30-da başlayacaq.
Günün son matçında “Sabah” İsrailin “Makkabi” (Hayfa) komandası ilə üz-üzə gələcək. Görüşün start fiti 21:15-də səslənəcək.
Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
25 iyul
20:00 Sumqayıt – Fehervar (Macarıstan)
20:30 Zirə – DAC 1904 (Slovakiya)
21:15 Makkabi (Hayfa, İsrail) – Sabah
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net