Menyu

Rəşad Sadıqov: Qarşılaşmanın taleyi rəqib meydanında həll olunacaq

Əziz Əzizli
Rəşad Sadıqov: Qarşılaşmanın taleyi rəqib meydanında həll olunacaq

Yaxşı komandaya qarşı mübarizə aparacağıq.

"Operativ Media" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "DAK 1904"lə (Slovakiya) oyun öncəsi mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis matçın gərgin idman mübarizəsi şəraitində keçəcəyini söyləyib:

"Yaxşı komandaya qarşı mübarizə aparacağıq. Düşünürəm ki, azarkeşləri maraqlı oyun gözləyir. Çalışacağıq ki, ilk matçdan sərfəli nəticə ilə ayrılaq. Qarşılaşmanın taleyi rəqib meydanında həll olunacaq. İnşallah ki, ilk matç istədiyimiz kimi alınar. Rəqibin baş məşqisi ispaniyalı mütəxəssisdir. Çalışacaqlar ki, daim pressinq etsinlər. Daha çox öz komandamız barəsində düşünürəm".

Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində baş tutacaq "Zirə" - "DAK 1904" görüşü iyulun 25-də, saat 20:30-da “Dalğa Arena”da start götürəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər