Menyu

Bu il 4 mindən çox şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Nərmin Qocamanlı
Bu il 4 mindən çox şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2024-cü ilin ötən dövründə 4 mindən çox ahıl və əlilliyi olan şəxsə evlərində (səyyar) sosial-məişət xidməti göstərilib.

Nazirlikdən "Operativ Media"ya verilən xəbərə görə, onlardan 3800-ə qədəri ahıl, qalanları əlilliyi olan şəxslər olub.

Evdə (səyyar) sosial-məişət xidməti əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə göstərilir.

Agentliyin mütəxəssisləri tərəfindən 202 nəfər sosial-hüquqi xidmətlərlə də təmin edilib.

Teqlər:

"Bu il 4 mind\u0259n \u00e7ox \u015f\u0259xs\u0259 evl\u0259rind\u0259 sosial-m\u0259i\u015f\u0259t xidm\u0259ti g\u00f6st\u0259rilib"

Əlaqəli Xəbərlər