Menyu

Azərbaycanda 14 yaşdan yuxarı şəxslərə kiçik elektrik nəqliyyat vasitəsini idarə etməyə icazə verilib

Nərmin Qocamanlı
Azərbaycanda 14 yaşdan yuxarı şəxslərə kiçik elektrik nəqliyyat vasitəsini idarə etməyə icazə verilib

Azərbaycanda 14 yaşdan yuxarı şəxslərə kiçik elektrik nəqliyyat vasitəsini idarə etməyə icazə verilib.

"Operativ Media" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Belə ki, 14 yaşdan Azərbaycan ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ siyahısına velosiped və ya araba ilə yanaşı, kiçik elektrik nəqliyyat vasitəsi də əlavə edilir.

Məlumat üçün bildirək ki, kiçik elektrik nəqliyyat vasitəsi – gücü 1 kVt-dan çox olmayan elektrik mühərriki ilə təchiz edilən, bir nəfərin daşınması üçün nəzərdə tutulan və aşağıdakı meyarlara cavab verən fərdi mobil nəqliyyat vasitələridir.

- təkər çarxına mexaniki bağlanan və hərəkət istiqamətinə nəzarət etməyə imkan verən sükanı olan və ya sükanı olmayan, ətalət qüvvəsi (həmçinin jest, mimika və ya səsli komanda) ilə hərəkət edən və özünü tarazlaya bilən texnologiyaya malik olan;

- oturacağı olduğu halda sükanın hündürlüyü 50 sm-dən az olmayan;

- oturacağı olmadığı halda sükanın hündürlüyü 70 sm-dən az olmayan;

- sürücüsüz maksimum kütləsi 55 kq, ümumi hündürlüyü 1,40 m-ə qədər və uzunluğu 2 m-ə qədər olan;

- xarici elektrik enerjisi mənbəyinə qoşularaq doldurula bilən enerji saxlama sistemi (batareyası) olan;

Teqlər:

"Az\u0259rbaycanda 14 ya\u015fdan yuxar\u0131 \u015f\u0259xsl\u0259r\u0259 ki\u00e7ik elektrik n\u0259qliyyat vasit\u0259sini idar\u0259 etm\u0259y\u0259 icaz\u0259 verilib"

Əlaqəli Xəbərlər