Bakıda 5 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Nərmin Qocamanlı
Bakıda 5 marşrut xətti üzrə avtobusların hərəkəti müvəqqəti dəyişdirilib.
Bu barədə "Operativ Media" Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Belə ki, paytaxttın yollarında aparılan təmir işləri ilə əlaqədar bu gün Əhməd Rəcəbli küçəsində (Təbriz küçəsindən Fətəli xan Xoyski küçəsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
Tətbiq edilən məhdudiyyətlə əlaqədar 2, 5, 9, 11 və 24 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Ağa Nemətulla küçəsi, Uluqbəy küçəsi, Fətəli xan Xoyski küçəsi v