UEFA “Qarabağ”ın cavab oyununun hakimlərini dəyişdi
Əziz Əzizli
UEFA “Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Linkoln”la keçirəcəyi cavab oyununun hakimlərini dəyişib.
"Operativ Media" qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Bakıdakı matça Danimarkadan olan hakimlər briqadası gələcək.
İyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçı Yakob Sundberq idarə edəcək. Ona Deniz Yurdakul və Viktor Skitte kömək edəcək. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. Yonas Hansen VAR, Yens Maae AVAR kimi iş başında olacaq.
Qeyd edək ki, UEFA daha əvvəl Ukraynadan olan hakimlər briqadasının qarşılaşmanı idarə edəcəyini açıqlamışdı.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net