"Qalatasaray" danimarkalı müdafiəçini transfer etmək istəyir
Əziz Əzizli
Transfer çalışmalarını davam etdirən "Qalatasaray"da sağ cinah müdafiəçisi axtarışları bütün sürəti ilə davam edir.
"Operativ Media" "Sabah" nəşrinə istinadən xəbər verir ki, "sarı-qırmızılılar" "Benfika"da çıxış edən Aleksandr Bahı heyətinə qatmaq istəyir.
"Qalatasaray"ın bu transfer üçün "Benfika"ya 12 milyon avroluq təklif etdiyi iddia edilib. İki klub arasında danışıqların davam etdiyi bildirilib.
Bah ötən mövsüm 32 matçda "Benfika"nın formasını geyinib. Danimarkalı futbolçu bu matçlarda 2 qol vurub, 4 məhsuldar ötürmə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net