Menyu

Aran rayonlarında 39 dərəcə isti olub - FAKTİKİ HAVA

Nərmin Qocamanlı
Aran rayonlarında 39 dərəcə isti olub - FAKTİKİ HAVA

İyulun 24-ü saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

Lakin gecə Böyük Qafqazın bəzi yerlərində şimşək çaxıb, qısamüddətli yağış yağıb.
Düşən yağıntının miqdarı Zaqatalada (Əlibəy) 9 mm, Şəkidə 4 mm olub.

Əvvəlcədən verilən sarı xəbərdarlığa uyğun olaraq iyulun 24-ü səhər şimal-qərb küləyi arabir Goranboyda 19 m/s, Naftalanda 18 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 37, Aran rayonlarında 39, dağlıq rayonlarda isə 29 dərəcəyədək isti olub.

Teqlər:

"Aran rayonlar\u0131nda 39 d\u0259r\u0259c\u0259 isti olub - FAKT\u0130K\u0130 HAVA"

Əlaqəli Xəbərlər