Menyu

İmişlidə qazın verilişində məhdudiyyət olacaq

Əsəd Abbaslı
İmişlidə qazın verilişində məhdudiyyət olacaq

Sabah İmişlinin 4 kəndində qazın verilişi dayandırılacaq.

"Operativ Media" xəbər verir ki, "Otuzikilər" ölçü qovşağından qidalanan qaz kəməri üzərində quraşdırılmış kollektordan təbii qazla təmin edilən, diametri PE-200 mm-lik "Qaraqaşlı" orta təzyiqli daxili qaz kəmərində və onun üzərindən ayrılan qollarında kipliyə sınağı aparılacaq.

Buna görə də sabah saat 09:00-dan etibarən işlər başa çatanadək İmişli rayonunun Xoşçobanlı, Mürsəlli, Murğuzallı, Qaraqaşlı kəndlərində (ümumi 905 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

Teqlər:

"\u0130mi\u015flid\u0259 qaz\u0131n verili\u015find\u0259 m\u0259hdudiyy\u0259t olacaq"

Əlaqəli Xəbərlər