Menyu

SOCAR Aİ-92 markalı benzinlə bağlı məlumat yaydı

Əsəd Abbaslı
SOCAR Aİ-92 markalı benzinlə bağlı məlumat yaydı

Sosial şəbəkələrdə Aİ-92 markalı benzinin sərfiyyatının artması, keyfiyyətinin azalması ilə bağlı iddialar səsləndirilir.

"Operativ Media" xəbər verir ki, İstifadəçilər bildirirlər ki, yanacağın qiyməti artandan sonra sərfiyyatı da artıb.

Məsələ ilə bağlı SOCAR-ın Mətbuat xidmətindən verilən açıqlamada bu kimi məlumatların həqiqətəuyğun olmadığı bildirilib:

“SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunan və ölkədə satışı həyata keçirilən Aİ-92 avtomobil benzini AZS 059-2001 standartlarına cavab verir. Bunu nəzərə alaraq, Aİ-92 benzininin daha tez sərf olunması barədə yayılan məlumat həqiqəti əks etdirmir. Yay aylarında sürücülərin avtomobil kondisionerlərindən tez-tez istifadə etməsi, həmçinin ağır yük daşımaları kimi məsələlər benzinin daha çox sərfiyyatına səbəb ola bilər”.

Qeyd edək ki,  iyun ayının 30-da Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurası Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti bir litr üçün 10 qəpik artırılaraq 1,10 manat müəyyən edilib.

Teqlər:

"SOCAR A\u0130-92 markal\u0131 benzinl\u0259 ba\u011fl\u0131 m\u0259lumat yayd\u0131"

Əlaqəli Xəbərlər