Azərbaycan millisinin Ermənistanla oyunu üçün heyəti açıqlandı
Əziz Əzizli
Millimizin Ermənistanla oyunu üçün heyəti məlum olub.
"Operativ Media" xəbər verir ki, 18 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi sabah Avropa çempionatında mübarizəyə başlayacaq.
Yığma komanda C divizionunda 12 oyunçu ilə mübarizə aparacaq.
Baş məşqçi Anar Sarıyev turnirdə Maqsud Hümmətov, Tariyel Yusifzadə, Orxan Süleymanlı, Murad Babayev, Məhəmməd Hüseynli, Huseyin Əsgərli, Əlikamran Məmmədov, Ramazan Qarayev, Hüseyn Qaflanov, Rafael Ağayev, Derin Berkoz və Hüseyn Məmmədova güvənəcək. Komandamız B qrupunda Moldova və Ermənistanla üz-üzə gələcək.
Əlavə edək ki, turnir Albaniyada keçiriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net