Menyu

Gəncə və Göygöldə dövlət dəstəyilə 15 qonaq evi yaradılıb

Nərmin Qocamanlı
Gəncə və Göygöldə dövlət dəstəyilə 15 qonaq evi yaradılıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyi tərəfindən birgə həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı – 2023” layihəsi uğurla başa çatıb. 

KOBİA-dan "Operativ Media"ya bildirilib ki, Gəncə və Göygöl şəhərlərində dövlət dəstəyi ilə 15 qonaq evi yaradılıb. Layihənin məqsədi kəndlərdə sahibkarlığın və turizmin inkişafını dəstəkləmək, məşğulluq imkanlarını artırmaq və regionların iqtisadi inkişafına töhfə verməkdir. 

Layihə çərçivəsində Gəncə və Göygöl şəhərlərindən seçilən şəxslər turizm sahəsində sahibkarlıq fəaliyyətinə başlaması üçün KOBİA və Dövlət Turizm Agentliyi tərəfindən biznes planın hazırlanması, mühasibatlıq, qonaq evlərinin idarə edilməsi, “Booking.com” və “Airbnb.com” platformalarından qonaq qəbulu üzrə təlimlərə cəlb ediliblər. 

Təlimləri uğurla tamamlayan 15 layihə iştirakçısı Dövlət Məşğulluq Agentliyi tərəfindən “Aqroturizm” istiqaməti üzrə kənd qonaq evlərinin yaradılması üçün zəruri avadanlıqlarla təmin olunublar.

Teqlər:

"G\u0259nc\u0259 v\u0259 G\u00f6yg\u00f6ld\u0259 d\u00f6vl\u0259t d\u0259st\u0259yil\u0259 15 qonaq evi yarad\u0131l\u0131b"

Əlaqəli Xəbərlər