Ötən gün 12 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Nərmin Qocamanlı
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 22-də ümumi çəkisi 12 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,4 kiloqrama yaxın heroin, 5,3 kiloqram marixuana, 4,3 kiloqramdan artıq metamfetamin, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 93 ədəd çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.