Menyu

İrana gedən azərbaycanlıların sayı 39 faizdən çox artıb

Nərmin Qocamanlı
İrana gedən azərbaycanlıların sayı 39 faizdən çox artıb

Bu ilin I yarısında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 25,7 % artaraq 995,2 min nəfər olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 39,1 %, Türkiyəyə gedənlərin sayı 23,7 %, Gürcüstana gedənlərin sayı 17,7 %, Rusiyaya gedənlərin sayı 15,4 % artıb. Gedənlərin 66,4 %-i kişilər, 33,6 %-i qadınlar təşkil edib.

6 ay ərzində xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68 %-i hava, 29,6 %-i dəmir yolu və avtomobil, 2,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Teqlər:

"\u0130rana ged\u0259n az\u0259rbaycanl\u0131lar\u0131n say\u0131 39 faizd\u0259n \u00e7ox art\u0131b"

Əlaqəli Xəbərlər