Benzema: Vinisius "Qızıl top" mükafatına layiqdir
Əziz Əzizli
"Real Madrid"in və Fransa millisinin sabiq hücumçusu, Səudiyyə Ərəbistanının "Əl İttihad" klubunun futbolçusu Kərim Benzema İspaniya çempionu və Çempionlar Liqasının qalibi Vinisius Junioru "Qızıl top"un qalibi kimi görmək istəyir.
"Operativ Media" xəbər verir ki, bu haqda "Marca" nəşri məlumat yayıb.
"Belə bir mövsümdən sonra Vinisius “Qızıl top”a layiqdir. O, əvvəlki mövsümdə göstərdiyi nəticələrə və ustalığa görə ən yaxşı mükafatı almalıdır. Vinisius mükəmməl futbolçudur".
Vinisius 2018-ci ildən "Real"da çıxış edir. Müqavilə 2027-ci ilin iyununa qədər nəzərdə tutulub.
Ötən mövsüm o, 39 matçda iştirak edib, 24 qol vurub, 11 məhsuldar ötürmə edib.
Transfermarkt onun transfer dəyərini 180 milyon avro qiymətləndirir
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net