İkinci Şuşa Qlobal Media Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib
“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.
"Operativ Media" xəbər verir ki, qonaqlar Azərbaycan musiqilərinin sədaları altında milli mətbəximizin ləziz təamlarından dadıblar.
Milli mətbuatımızın 149 illiyi münasibətilə təşkil edilən 2-ci Şuşa Qlobal Media Forumunda ümumilikdə 50-yə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media subyekti iştirak edir. Qlobal Media Forumunun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var.
Forum iyulun 22-dək davam edəcək.
Teqlər:
"\u0130kinci \u015eu\u015fa Qlobal Media Forumunun i\u015ftirak\u00e7\u0131lar\u0131n\u0131n \u015f\u0259r\u0259fin\u0259 ziyaf\u0259t verilib"