Azərbaycan millisinin pley-off mərhələsindəki rəqibi bilindi
Əziz Əzizli
Qadın futbolçular arasında Avropa çempionatının “play-off” mərhələsinin püşkü atılıb.
"Operativ Media" xəbər verir ki, Azərbaycan millisi birinci “play-off” mərhələsində Portuqaliya ilə qarşılaşacaq.
Azərbaycan millisi lk oyununu oktyabrın 23-də evdə, cavab görüşünü isə oktyabrın 29-da səfərdə keçirəcək.
Azərbaycan – Portuqaliya cütünün qalibi ikinci pley-off mərhələsində Belarus – Çexiya cütünün qalibi ilə üz-üzə gələcək. Bu raundun oyunları noyabrın 27-də və dekabrın 3-də olacaq.
Azərbaycan – Portuqaliya cütünün qalibi ilk görüşünü evdə keçirəcək.