DOST mərkəzlərində 375 min vətəndaşa xidmət göstərilib
Nərmin Qocamanlı
Bu ilin yanvar-iyun aylarında DOST mərkəzlərində 375 min vətəndaşa xidmət göstərilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, 2019-cu ilin may ayından sonra ölkəmizdə 7 DOST mərkəzi açılıb. Həmin mərkəzlərdə 159 sosial xidmət “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir.
DOST xidmətlərindən vətəndaş məmnunluğu 98,2 faiz təşkil edir.
Teqlər:
"DOST m\u0259rk\u0259zl\u0259rind\u0259 375 min v\u0259t\u0259nda\u015fa xidm\u0259t g\u00f6st\u0259rilib"