Menyu

Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb

Nərmin Qocamanlı
Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

"Operativ Media" Xidmətə istinadən xəbər verir ki, həbs edilmiş şəxs Elmin Rahim oğlu Məmmədovla görüşə gəlmiş qardaşının üzərinə baxış keçirilən zaman şalvarının cibində gizlətdiyi 2 ədəd bükülüdə 0,440 qram qurudulmuş marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

"Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır". PX-dən bildirilib.

Teqlər:

"Bak\u0131 istintaq t\u0259cridxanas\u0131na narkotik madd\u0259 ke\u00e7irilm\u0259sinin qar\u015f\u0131s\u0131 al\u0131n\u0131b"

Əlaqəli Xəbərlər