Yurgen Kloppun İngiltərə yığmasına rəhbərlik etmək arzusu yoxdur
Əziz Əzizli
İngiltərə "Liverpul"unun keçmiş baş məşqçisi Yurgen Kloppun İngiltərə millisinə rəhbərlik etmək arzusu yoxdur.
"Operativ Media"nın məlumatına görə, bu haqda "Sky Germany" xəbər verir. O, ABŞ komandasına rəhbərlik etməkdən də imtina edib.
AÇ-2024-ün finalında İspaniyaya 1:2 hesabı ilə uduzduqdan sonra İngiltərə Futbol Assosiasiyası 2016-cı ildən İngiltərə yığmasına rəhbərlik edən ingilis Qaret Sautqeyti millinin baş məşqçisi vəzifəsindən azad edib.
Ötən mövsüm başa çatdıqdan sonra Yurgen Klopp 2015-ci ildən rəhbərlik etdiyi "Liverpul"dan ayrılıb. O, məşqçilik karyerasına bir illik fasilə vermək niyyətindədir.