"Sabah" - "Makkabi" oyunu slovakiyalı hakimlərə tapşırıldı
Əziz Əzizli
"Sabah”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Makkabi”yə (Hayfa, İsrail) qarşı keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.
"Operativ Media" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı Slovakiyadan olan hakimlər briqadası ideaə edəcək.
Referi Peter Kraloviç olacaq. Ona yan xətt hakimləri qismində Tomaş Straka və Matey Zemko kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Boris Marhefka yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 1-də keçiriləcək “Sabah” - “Makkabi” oyunu saat 20:00-da başlayacaq.
Teqlər:
"\"Sabah\" - \"Makkabi\" oyunu slovakiyal\u0131 hakiml\u0259r\u0259 tap\u015f\u0131r\u0131ld\u0131"