"Qarabağ" Şahruddin Məhəmmədəliyevi heyətinə qatdı
Əziz Əzizli
"Qarabağ" yeni mövsüm üçün növbəti transferini reallaşdırıb.
"Operativ Media" xəbər verir ki, "atlılar" qapıçı Şahrudin Məhəmmədəliyevi heyətinə cəlb edib.
Klubla 30 yaşlı qapıçı arasında bir illik müqavilə imzalanıb. Ötən mövsümdə Türkiyənin “Adana Demirspor” klubunun formasını geyinən futbolçumuz 2025-ci ilin yayına qədər komandamızda çıxış edəcək.
Məhəmmədəliyev 2016-24-cü illərdə komandamızın formasını geyinib. O, 2024-cü ilin yayında “Qarabağ”dan Türkiyə klubuna transfer edilib. Şahrudin Ağdam təmsilçisində 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.
Qeyd edək ki, "Qarabağ"ın yeni qapıçısı Azərbaycan milli komandasında 29 oyun keçirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net