Menyu

Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb

Nərmin Qocamanlı
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb

Bakı şəhər sakini olan bir nəfərin bank kartından pul oğurlanıb. Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən zərərçəkmiş kartından 599 manatının oğurlandığını bildirib.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən T.Qəniyev və C.Dəmirov müəyyən olunaraq saxlanılıb. 

Abşeron Rayon Polis İdarəsinə isə Sumqayıt, Mehdiabad və Görədil qəsəbə sakinləri olan 3 nəfərin bank kartlarından müxtəlif vaxtlarda ümumilikdə 2067 manat pullarının oğurlanması barədə məlumatlar daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən A.Şəkərəliyev və R.Hüseynov müəyyən olunaraq saxlanılıblar. 

Faktlarla bağlı araşdırmalar aparılır.

Teqlər:

"Bank kartlar\u0131ndan o\u011furluq etm\u0259kd\u0259 \u015f\u00fcbh\u0259li bilin\u0259n \u015f\u0259xsl\u0259r m\u00fc\u0259yy\u0259n edil\u0259r\u0259k saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər