14 yaş 293 günlük olan Cavan Sullivan dünən MLS-də "Filadelfiya Union"un heyətində meydana çıxaraq rekorda imza atıb.
"Operativ Media" xəbər verir ki, o, Freddy Adunun (14 yaş, 306 gün) iyirmi ildən çox müddətə saxladığı məşhur rekordu qıraraq, MLS oyununda meydana çıxan ən gənc oyunçu olub.
Sullivan eyni zamanda ABŞ-nin hər hansı böyük komanda idman liqasında görünən ən gənc idmançıdır.
O, Böyük Beş Avropa futbol liqalarında - İngiltərə Premyer Liqasında, İspaniya La Liqasında, Almaniya Bundesliqasında, İtaliyanın A Seriyasında və Fransanın Liqa 1-də oynamış hər kəsdən daha gəncdir.
Qeyd edək ki, "Mançester Siti" gənc istedadlı futbolçu ilə razılıq əldə edib və Sullivan 18 yaşı tamam olan kimi İngiltərəyə gedəcək.
Teqlər:
"14 ya\u015fl\u0131 amerikal\u0131 futbol\u00e7u rekorda imza atd\u0131"