"Sabah" Ukrayna klubuna qalib gəldi
Əziz Əzizli
Sloveniyada təlim-məşq toplanışı keçən “Sabah” bu gün növbəti yoxlama matçına çıxıb.
"Operativ Media" xəbər verir ki, Bakı təmsilçisi Ukrayna “Rux”u ilə üz-üzə gəlib.
“Sports park Radomlye”də keçirilən matç “Sabah”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Sabah”ın qollarını Kahim Parris (39) və Neqoş Kupusoviç (90) vurub.
“Sabah” daha əvvəl keçirdiyi yoxlama görüşlərində “Koper”ə (Sloveniya) 1:0 hesabı ilə qalib gəlib, Serbiya “Çukariçki”si (0:0) və Ukrayna “Krivbas”ı (2:2) ilə isə heç-heçə edib
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net